dini radikalizm və ekstremizmlə mübarizə

XOCALI FACİƏSİ

XOCALI FACİƏSİ

XX əsrin Xirosima , Naqasaki faciələrini öz ağırlığı ilə geridə qoyan Xocalı qətliamı. Insanlığa sığmayan amansızlıqla öldürülmüş uşaq və qocalar , tapdanmış qız – gəlin namusu. Cisminin gördüyü zillətdən, çəkdiyi əzab və məşəqqətlərdən qanı donan , hələ də qız- gəlini əsirlikdə olan Xocalı harayı bütün dünyanı silkələməlidir. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63- ü uşaq , 106 – sı qadın , 70 – ı qoca və qarı olmaqla , 613 Xocalı sakini qətlə yetirilib , 8 ailə tamamilə məhv edilib , 25 uşaq hər iki valideynlərini , 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb , 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin , o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Əsirlikdə olan tapdanmış namusumuzun – qəlb dağlayan qız – gəlinlərimizin harayları , hayqırtıları hələ də cavabsız qalır. Bu gün o gəlinlərin təcavüz nəticəsində dünyaya gətirmiş uşaqları bir millətin faciəsi , genefonunun məhvi kimi böyüyür. Bir xalqın – əsrlərlə erməni vandallarının tarixdən bir millət kimi silmək üçün mübarizə apardığı türk xalqının üz qarası kimi böyüyür. Bu qətliamı törədənlər , erməni vandalları və onların havadarları isə hələ də cəzalandırılmayıb. Xocalı qan yaddaşımızdır. Bu günün dünya miqyasında tanınması üçün hamımız mübarizə aparmalıyıq. Hamımız bir nəfərə kimi. Vicdansız məmuru da , sadə xalqı da . Xocalə qətliamını müəyyən klanların mənafeyinə görə Azərbaycan Parlamenti bu gün də qanun kimi qəbul etməkdən çəkinir. Baxmayaraq ki, ölkə başçısı I.Əliyevinı sərəncamı ilə 1998 – cı ildən başlayaraq, Xocalı faciəsi soyqırım kimi anılır, Milli Məclis hələ də qanun qəbul etməyi gözləyir. Bəlkə də elə buna görədir ki , qardaş Türkiyə Respublikası da bu faciəni soyqırım kimi hələ də tanımayıb.

Mehriban Sadıqova

Oxunub: 698
Oxşar xəbərlər
SON XƏBƏRLƏR