dini radikalizm və ekstremizmlə mübarizə

Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzində bu işləri görəcək...

Prezident İlham Əliyev Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Mərkəzin yaradılmasında əsas məqsəd ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.


Fərmana əsasən, Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və ictimai münasibətlərin inkişaf dinamikasının sistemli təhlilini aparacaq, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirəcək və dəyişiklikləri proqnozlaşdıracaq, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıracaq, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edəcək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edəcək.


Yeni yaradılan qurumun fəaliyyəti haqqında Modern.az-a danışan deputat Aydın Mirzəzadə söyləyib ki, ictimai rəyin öyrənilməsi istiqamətində dünyada böyük təcrübə var. O qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılır:


“Həmçinin, ictimai rəyin öyrənilməsi fəaliyyəti ilə seçilən QHT-lər də mövcuddur. Xarici ölkələrdə tanınmış sosioloji sorğu mərkəzləri Azərbaycanda vaxtaşırı sorğular aparırlar, nəticələri beynəlxalq informasiya resurslarında dərc edilir. Ancaq dövlət tərəfindən dəstəklənən və ciddi maddi-texniki bazaya malik olan sosial tədqiqat mərkəzinin yaradılmasına böyük ehtiyac var idi. Şəxsi təşəbbüslə, yaxud vaxtaşırı alınan qrantlarla bu böyük işi ciddi həyata keçirmək, müxtəlif sahələr üzrə sorğular aparmaq mümkün olmur. Mərkəz öz qarşısına cəmiyyətin quruculuğu, sosial problemlərin həlli, keçmişimiz və gələcəyimizlə bağlı vətəndaşların rəyinin öyrənilməsi üzrə ciddi iş planını qoyacaq. Bu istiqamətdə heç bir sahə diqqətdən qalmayacaq. Dövlət orqanlarının fəaliyyəti, demokratik təsisatların reytinqi, ayrı-ayrı sahələr üzrə problemlərin öyrənilməsi, vətəndaşların sosial sifarişi və s. məsələlər mərkəzin gündəmində olacaq. Bu istiqamətdə ölkəmizdə ixtisaslaşmış kadrlar, xaricdən öyrəniləsi xüsusi təcrübə mövcuddur. Ölkə başçısının sərəncamı Azərbaycanda bu sahədə mövcud olan boşluğu doldurmağa imkan verəcək”.

Aydın Mirzəzadə xüsusi vurğulayıb ki, adından göründüyü kimi Sosial Tədqiqatlar Mərkəzi publik hüquqi şəxs olacaq:

“Bu qurum dövlətdən asılı olmayacaq, hansısa siyasi sifarişi yerinə yetirməyəcək. Real vəziyyəti olduğu kimi öyrənib, cəmiyyətə olduğu kimi təqdim etmək, onun fəaliyyətinin əsas qayəsi olacaq. Bu istiqamətdə quruma uğurlar arzulayıram və inanıram ki, vaxtaşırı biz bu mərkəzin tədqiqatlarının nəticələri ilə tanışa ola biləcəyik”.

Prezident İlham Əliyevin dünən imzaladı sərəncamla deputat Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Oxunub: 715
Oxşar xəbərlər
SON XƏBƏRLƏR