dini radikalizm və ekstremizmlə mübarizə

Deputatlar Parisdə media azadlığına təhdidləri müzakirə edəcək

Dekabrın 3-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının bərabərlik və qeyri-diskriminasiya, miqrasiya, qaçqınlar və məcburi köçkünlər, sosial işlər, sağlamlıq və davamlı inkişaf, həmçinin təhsil, elm və mədəniyyət komitələrinin iclasları keçiriləcək.



Parlamentin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak edəcəklər.



İclaslarda milli azlıqların hüquqlarının qorunması, cinayətkarlığa qarşı mübarizədə siyasi liderlərin rolu, gender bərabərliyinin qorunması, insan alveri ilə mübarizə, miqrasiya böhranının aradan qaldırılması, Avropada yetkinlik yaşına çatmayanların sağlamlığı, insan hüquqları, demokratiya və informasiya cəmiyyəti, internetin idarə olunması və insan hüquqları, demokratik cəmiyyətdə mədəni irsin dəyəri, Avropada jurnalistlərin təhlükəsizliyi və media azadlığına təhdidlər və digər mövzularda fikir mübadiləsi aparılacaq.



Milli Məclisin deputatları müzakirə olunacaq məsələlərlə bağlı çıxışlar edəcəklər.

Oxunub: 664
Oxşar xəbərlər
SON XƏBƏRLƏR