dini radikalizm və ekstremizmlə mübarizə

“Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yoluna xüsusi önəm verir” - Nazir müavini

“Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yoluna xüsusi önəm verir” - Nazir müavini
"Gürcüstan tranzit ölkədir və bu funksiyanın gücləndirilməsi və dəmir yolu infrastrukturunun modernləşdirilməsi strateji əhəmiyyət kəsb edir”.

Djb.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqiraşvili deyib.

O bildirib ki, ölkə "Gürcüstan dəmir yolları”nın modernləşdirilməsi və Bakı-Tbilisi-Qars layihəsinin inkişafına xüsusi önəm verir:

"Bununla yanaşı Anaklia dəniz limanı, Şərq-Qərb avtomagistralı, loqistika mərkəzlərinin yaradılması, Poti və Batumi limanlarının genişləndirilməsi və digər layihələr də Gürcüstanın nəqliyyat-loqistika habına çevrilməsinə imkan verəcək”.

"Fitch” beynəlxalq reytinq agentliyi "Gürcüstan Dəmir Yolları” SC-nin reytinqini "B+” səviyyəsində saxlayaraq proqnoz gözləntilərini "Stabil”dən "Pozitiv”ə doğru yaxşılaşdırıb. Agentliyin məlumatında qeyd olunub ki, "Gürcüstan Dəmir Yolları” SC "Azərbaycan Dəmir Yolları” ilə birgə "Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizi”nin əsas hissəsini təşkil edir.

Oxunub: 696
Oxşar xəbərlər
SON XƏBƏRLƏR