dini radikalizm və ekstremizmlə mübarizə

Əcnəbilərə kirayə ev verilməsi və ya yaşama icazələrinin alınması halları... - Xidmət rəisindən izahat

Əcnəbilərə kirayə ev verilməsi və ya yaşama icazələrinin alınması halları... - Xidmət rəisindən izahat
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov əcnəbilərə kirayə ev verilməsi və ya DMX-nə müvafiq yaşama icazələrinin alınması ilə bağlı müraciət edilərkən əcnəbinin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi, yaşayış sahəsi verən şəxsin razılığı ilə bağlı bir neçə məqamı ictimaiyyətə izah edib.

Mia.az Vüsal Hüseynova istinadən həmin halları diqqətə çatdırır:

1. Əcnəbilərə yaşayış sahəsi verən şəxslər bəzən onların müvəqqəti qeydiyyata alınmasına razılıq verməyə tərəddüd edirlər. Nəzərə alınmalıdır ki, əcnəbilər həmin yaşayış sahəsinə müvafiq yaşama icazəsinin etibarlılıq müddətində qeydiyyata alınır, yaşama icazəsinin etibarlılıq müddəti bitdiyi andan və ya yaşayış sahəsi verən şəxsin müraciət əsasında onların qeydiyyatı da bitmiş olur. Yəni, əcnəbilərin həmin yaşayış sahələrinə həmişəlik qeydiyyatından söhbət getmir və belə qeydiyyat həmin yaşayıs sahəsi üzərində heç bir xüsusi imtiyaz yaratmır.

2. DMX tərəfindən tələb edilən əcnəbinin qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi deyildikdə, - mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənəd başa düşülür. Yəni, qanunvericlikdə qeydiyyat üçün yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ("kupça”) deyil, həmçinin yuxarıda göstərilən digər sənədlər də qəbul edilir.

3. Kirayə müqaviləsinə gəldikdə isə kirayə müqaviləsində kirayəçi qismində müvəqqəti yaşama icazəsi almaq istəyən əcnəbi çıxış etməlidir. Kirayəçi başqa şəxs olduqda isə əcnəbinin qeydiyyatına yalnız o halda icazə verilir ki, kirayə müqaviləsində kirayəçiyə bu hüququn verldiyinə dair müddəa nəzərdə tutulmuş olsun.

Oxunub: 720
Oxşar xəbərlər
SON XƏBƏRLƏR