dini radikalizm və ekstremizmlə mübarizə

Səməd Seyidov: “Azərbaycanın beynəlxalq münasibətləri elə bir şərait yaradıb ki, ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb”

Səməd Seyidov: “Azərbaycanın beynəlxalq münasibətləri elə bir şərait yaradıb ki, ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb”
“Azərbaycanın dövlət büdcəsi sosialyönümlü büdcə kimi təqdim olunub. Büdcə həm də beynəlxalq münasibətləryönümlü büdcədir. Dünyada beynəlxalq münasibətlərimizlə ölkəmizin imicini ən yüksək səviyyədə təmsil edirik. Hazırda dünyada gedən proseslər faktiki sanksiyalar müharibəsini mövcud edir. Bu sanksiyalar müharibəsinin içərisində Azərbaycanın beynəlxalq münasibətləri elə bir şərait yaradıb ki, ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq və iqtisadi əlaqələrini ən yüksək səviyyədə təmin edib: “Beynəlxalq sahəyə maliyyənin daha da artırılmasını istərdik. Büdcəyə baxdıqda bunun yüksələn xətlə inkişaf etdiyi görünür”.

Oxunub: 767
Oxşar xəbərlər
SON XƏBƏRLƏR