» » İsrail parlamentinin vitse-spikeri: "İsraildə Azərbaycanla münasibətlərin əleyhinə olan partiya yoxdur"

İsrail parlamentinin vitse-spikeri: "İsraildə Azərbaycanla münasibətlərin əleyhinə olan partiya yoxdur"

İsrail parlamentinin vitse-spikeri: "İsraildə Azərbaycanla münasibətlərin əleyhinə olan partiya yoxdur" “Azərbaycan İsrail üçün çox vacib ölkədir. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədədir”.
Müxbiri xəbər verir ki, bunu İsrail Fəhlə Partiyasının baş katibi, Knessetin (parlament) vitse-spikeri Hilik Bar deyib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir: “Bizim Azərbaycandan, Azərbaycanın da bizdən öyrənəcəyi çox şey var. Biz Qafqazda belə güclü və vacib müttəfiqimizin olmasından çox məmnunuq. Bu, İsrailin xarici siyasət istiqmətlərindən biridir. Bunu möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. İsraildə elə partiya tanımıram ki, Azərbaycanla münasibətlərin əleyhinə olsun. Kəskin solçu partiyalardan kəskin sağçı partiyalara kimi hamısı Azərbaycanla İsrail arasında münasibətlərin çox vacib olduğunu hesab edir, bunu daha da gücləndirmək üçün çalışır”.
O, Azərbaycanda yaşayan yəhudilərin özlərini evlərindəki kimi hiss etdiklərini bildirib: “Mən Sizi yəhudiləri müdafiə etdiyiniz, onlara özlərini öz evlərindəki kimi hiss etmələrinə şərait yaratdığınız üçün alqışlayıram. Hər ölkədə yəhudilərə, o cümlədən də digər azlıqlara qarşı bu qədər tolerant ola bilmirlər. Hətta ağır günlərində belə Azərbaycan yəhudiləri, sinaqoqları müdafiə etdi, qorudu. Bunu edə bilən hər bir ölkə böyük ölkədir, xalqı güclü xalqıdır. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm”.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031