dini radikalizm və ekstremizmlə mübarizə

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu
“Qarabağ qaziləri” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim, 1-ci qrup Qarabağ əlili Ehtimad Əsədovun yas mərasimi keçirilir.

Bu barədə Modern.az-a mərhumun yaxın dostu, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumat verib. O bildirib ki, hazırda dəfnə hazırlıq görülür, qazinin şəkli çap edilir:

“Etimad Əsədov 3-4 ay əvvəl ağciyər xərçəngi olduğunu bildi. İranda bir müddət müalicə olundu, kimyaterapiya prosedurları qəbul etdi. Lakin səhhətində heç bir irəliləyiş olmadı. Ağciyərinə su yığılmışdı. Elə sonuncu dəfə həkim qəbulunda olanda yığılan suyu təmizlədilər. Çox təəssüf ki, onu həyatda saxlaya bilmədik. Bu gün səhər vəfat etdi. Etimad Əsədov qazilər üçün böyük itkidir. O, Qarabağ qaziləri üçün çox işlər görüb, insanlara dəstək olub. Onun qədər vətənpərvər, qazilərin qayğısına qalan, vətənini sevən ikinci insan tanımıram. Etimadın vəfat etməsi ailəsi üçün ağır itkidir”.

R.Kərimoğlu deyib ki, E.Əsədovun cənazəsi bu gün saat 14:00-da yaşadığı evdən (Yeni Günəşli qəsəbəsində, "Qartal"a çatmamış yolun sağından işıqforu keçən kimi sağda həyət evlərinə gedən yolda) dəfnə götürüləcək.


Qeyd edək ki, Etimad Əsədov “Şərq” qəzetinin əməkdaşı, tanınmış jurnalist Məlahət Rzayeva ilə evli idi.

Oxunub: 923
Oxşar xəbərlər
SON XƏBƏRLƏR