dini radikalizm və ekstremizmlə mübarizə

Türkmənçay Sülh Muqaviləsinin Unudulmuş Maddələri

Türkmənçay Sülh Muqaviləsinin Unudulmuş Maddələri
Tarix boyu hər hansı bir hadisən götürsək görərik ki,onun belə olması zərui imiş.Çünki,əgər tarixin təkəriini geri çevirsək onda indi baş verən hər bir hadisənin başqa səpkidə inkişafı bəlkə indikindən daha səmərəl və ya ,daha da facəli olacaqdı.Onda belə bir sual meydana çıxır ,görəsən Azərbaycan torpaqları 1828-ci ildə rusiya ilə iran arasında türkmənçay muqaviləsinə görə bölünməsəydi,və ya şimali azərbaycan rusiyaya birləşdirilməsə idi onda şimali Azərbacaın ayrıca bir xalq,mədəniyyət və tarixi yol keç məsəydi onda Azərbaycan xalqının taleyi necə olardı? Cavab üçün 1828-ci ildə Rusiya ilə İran arasında bağlanmış tarixi türkmənçay muqaviləsinin sənədlərinin əslinə baxmaq lazımdır.XIX əsrdə baş vermiş iki Rus-İran muharibəsi (1804-1813,1826-1828)nəticəsində Azərbaycan torpaqları iki hissəyə şimali və cənubi Azərbaycana bölünd və bu günə qədər də,iki ayrı modeldə öz inkişaf yolunu keçiblər.1(Cənubi Azərbaycan tarixinin oçerki (1828-1917). Bakı, “Elm”, 1985, с. 6 2 ).Rusiyanın tərkibində qalan şimali Azərbaycan uzun tarixi inkişaf yolu keçərək,İran monarxiyasının dözülməz qaydaları altında əzilən cənubi Azərbaycanı çox-çox geridə buraxdı.Rusiyanın tərkibində olmasına baxmayaraq şimali azərbaycan xalqı zaman-zaman özünü dərk edərək bir mllət kimi formalaşaraq Azərbaycan xalqını,sonra isə dövlətini yaratmağa nail oldu.Lakin cənubda bunlar baş vermədi və indidə yoxdur.2(Yenə orda, s.7 ).İstər çar rusiyası,istərsədə Sovet imperiyası tərkibində şimali Azərbaycan ,yüksək milli mədəniyyətə,yüksək istehsalata,kənd təsərüfatına,KİV,radio,televiziya,öz ana dilində məktəb, öz elmi və bədii mədəniyyətinə,milli peçat,öz tetrına və öz Elmlər akademiyasının yaratmasına nail oldu.Ama cənubi Azərbaycanda isə bunun əksi baş verdi.Pəhləvilər sülaləsi dövründə (1925-1979) iranda fars millitarizmi höküm sürərək,vahid millət ,vahid din və vahid mədəniyyət siyasəti həyata keçirilməsi nəticəsində digər azsaylı xalqlar kimi Azərbaycan xalqıda əzilərək öz milli hüquqlarından məhrum oldu!» Asimiliyasiya siyasəti ilk növbədə, Azərbaycan xalqını hədəf aldı.198-ci ildə İran şah dövlətinin Nazirlr kabinetinə verdiyi göstərişdə deyilirdi ki, elə edin ki,fars dili bütün baxçalara,radiolara,televiziyalara,məişət həyatına belə daxil olsun.Bunun nəticəsi olaraq bir neçə müddətdən sonra iran Azərbaycanlıları tədricən evlərində farsca danışaraq öz doğma dillərini unutmağa başladılar.3(Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə. Güney Azərbaycan. Bakı, “Orxan”, 2000, с.324)
1979-cu l iran islam inqilabından sonra belə vəziyyət əvvəlkindən heçdə fərqlənmir.Azərbaycanlılar digər azsaylı xlqlar kimi heç bir məktəbə və heç bir təhsilə və ya siyas bir mandata malik deyillər. Bütün bunlar məs mənfur Türkmənçay muqaviləsi nəticəsində baş vermişdir.Bunun üçündə türkmənçay muqaviləsi ilə bağlı bəzi araşdırmalar apardım və indi onları sizə təqdim edirəm.
Məsələ burasındadır ki,bu günə qədər heç kim türkmənçay muqaviləsinin əslini görməyib..ama hamı ndan danışır.Beləki,ümumiyyətlə bizə təqdim olunan türkmənçay muqaviləsi əslindən fərqlənir.Çünki bu muqavlənin Azərbaycan variantında əsli ilə düz olmayan mddələr,mddələrdə isə toponomiyalar və yer adları var.
Bizə təqdim olunan türkmənçay muqaviləsnində həmən dövrün möhürü olmadığı üçün oraya hər söz artırıla və ya ixtisar edilə bilər.4(K.Şükürovanın ,.Türkmənçay 1828: Tarixi xonikalar,,(Bakı ,2006), möhürsüz və imzasız türkmənçay muqaviləsinə aid mənbə hsab etmək olar.Müəllif bu mətnləri çox etibarlı və alicənab bir mənbədən əldə edib.(PSZRİ, yığma. İkinci, c.III, 1828, SPB., 1830).).Türkmənçay muqaviləsinin orjinalı farscadır və üzərində də o dövrün möhürü var.Bu muqavilənin farsca olan variantı,həmən muqavlənin Rusca olan o dövürki variantndan IV maddədə fərqlənir 5(Muqaviləni fars dilindən Azərbaycan dilinə muəllif tərəfindən tərcümə edilib.).
.Bu maddəni hər iki dildə sizə təqdim edirik. 5( Müəllifin özü tərəfindən fars dlndən Azərbaycan dilinə tərcümə edilmşdir.)«IV maddəyə əsasən hər iki tərəfn yüksək nümayəndələrini n razılığı əsasaında hər iki dövlətin sərhədləri aşağıdakı məntəqələrdən keçir: Osmanlı imperiyasının mülkləri olan 6(Muqavilənin Rus dilindəki variantında Türkiyə imperiyası mülkləri yaılıb ) ,rusya ərazisinə yaxın yerləşən kçik Ağrı 7(Muqavilənin Rus variantında ,muqavilənin fars dilindəki olan variantından fərqli olaraq saxtalaşdırılaraq kiçik Ağrı yerinə saxtalaşdırılaraq ermənilərin xeyrinə ,kiçik Ararat yazılmışdır), dağları boyunca sərhəd xətti gedəcək,ordan da Qarasu çayının kiçik Ağrının cənub hssəsindən axan yerinə qədər gələcək, yuxarı hssəsinə qədər gələck ; sonra hər iki tərəfin sərhəd xətti həmən çayın Şərurla üz-üzə olan Araza tökülən yerinə qədər davam edəcək; ondan sonra Araz çayı boyu Abbasabada məntəqəsinə ; burada məntəqənin Arazın sağ sahilndə yerləşən bütün tərəfi ,yarım qaçın 3 2\1 –i rus versti qədəri qədəri bütün istiqamətdə yerləşən torpaqlar ,əhatə edən bütün nahiyə Rusiyaya məxsus olacaq və oradan da başlayaraq ,ərq hissənin təyin olunmuş ərazisinə qədər gələrək Araz sahilinə dayanacaq.Sərhəd cizgisi çayın hər iki tərəfi ilə Yeddibulaq məntəqəsinə qədər davm edəcək; oradaan Araz çayı boyunca iran mülkləri 3 ağac,21 rus versti qədər əhatə edəcək sonra sərhəd Muğan düzü ilə Bolqaru (IV maddənin rus variantında bu çayın adı ,,Balxarud,, 8(Fars dlində Balx dağ ətəyi səhra,rud isə çay deməkdir) verilmişdir.)Bundan əlavə qeyd etməliyəm ki, o dövrə aid bütün rus yazılı mənbə və sənədlərdə bu çayın adı bolqaru deyə qeyd edilir.9(Bax mənbənin əslinə: Изъ рѣкъ замѣчашельнѣйшія: Болгару,
сосшавляющая часшь границы между вла дѣніями Русскими и Персидскими, выходя изъ послѣднихъ, шечешъ по Мугани около 45 версшъ, и не доходя до Кура, шеряешся въ к 4мыiiiяxъ.Другое заметное искажение в статье IV русского перевода – название реки “Балхаруд” (перс.”руд” означает “река”) передано неверно. Там сказано: “…потом граница пойдет прямо чрез Муганскую степь до реки Болгару…”.Bax -О бо з р ѣ н e Россіискихъ владѣній за КАВКА30Мъ..часть III,стр -188.Санктпетербургь-1836 г.) Bundan əlavə bu çayın adı Talış dilində də Belğəru və ya Belqaru dur ki,bunun da mənası ,,lil çay,, deməkdir.Ama çayın bu günkü adı olan Bolqarçay sözünün çayın həqiqi adıyla heç bir əlaqəsi yoxdur.Bu ad yəqin ki, hələ 1950-ci illərdə ,sovet dövründə buraya Azərbaycanın digər raynlarından köçürülmüş əhalinin ağızına gələni verdiyi kor-korana və əsassız bir addır.Ama bu əsassız sözə dayanan bəzi tarixçilərimiz bu çayın məşəyini,tarixini və bu sözün haradan gəldiyini belə əməlli başlı bilməyərək bu adı bizdən çox-çox uzaqlarda ,rusiyanın Volqa çayı sahillərində yaşamış Bolqar tayfalarının dı ilə eyniləşdirirlər.Məlum olsun ki,Bolqar tayfaları ümumiyyətlıə Azərbaycana heç zaman gəlməmişdir.Tarix elmləri namizədi Səməd Bayrazadə Türkmənçay muqavilənin IV maddəsinin orjinalıdna yazılanları təhrif hesab edir(Bax:ТОЧКА ЗРЕНИЯ Самад БАЙРАМЗАДЕкандидат исторических наук, доцент 2.2013.)
O muqavilənin IV maddəsindəki yer adların bugünkü variantını hesab edir.Lakin bu həqiqətdən uzqdır.
Bu çayiranın indiki ,ərdəbil ostanıyla Azərbaycan respublikasını 159 km sərhəd boyunca axır.Bolqaru öz mənbəyini Uca çaydan götürür.Sonra isə bu çay Talış dağları ilə İranın Ərdəbil vilayətinin Gərmi şəhəri sərhəd boyu məntəqələri ilə keçərək bu əraziləri Azərbaycanın Yardımlə və Cəlilbad rayonlarından ayırır.Bolqaru çayı Hadıbəyli kəndindən keçərək Azərbayanrespublikasının Biləsuvar rayonunda yerləşən Mahmudçala gölünə tökülür.Azərbaycan ərazisinə daxil olan kimi bu çay öz adını ildırım sürəti ilə dəyişərək əsli ilə heç bir əlaqəsi olmayan ,,Balxarı,, (Red- 1829-cu ilin İranla Rusiya arasında bağlanmış sülh muqaviləsinin protokolunda Bu çayın adı ,,Bağarud,, kimi hər iki imperiyanın sənədlərində öz əksini tapmışdır.10(Bax: Керим К.Шюкюров. Туркменчай 1828. Историческая хроника. Баку – 2006, стр. 156.).Muqavilənin IV maddəsinə əsasən Bolqaru aşağıda yerləşən İki çayı ,Odinabazar və Sarıqamış çaylarını birləşdirir:Bu çayların sağ shili boyu Cikoyir dağ silsilələrindən başlayaraq dağ zirvələrindən ,dağ ətəyində yerləşən kəndlərlə və kaspi dənizinə axan bütün suların mənbə ərazləri iran imperiyasına mperiyasına məxsus olacaqdır.Burada hər iki dövlət arasında sərhəd xətti dağların zirvəsində təyin olunur; buradan kaspi dənizinə qədər olan ərazi issə rusiya imperiyasına məxus olmalıdır.Bunun əks tərəfi isə iran dövlətinə məxsus olacaqdır.Cikoir başlayan yüksəkliklərindən sərhəd xətti Qəmərku 11 ( Türkmənçay muqaviləsinin rus variantında Talış dağlarının bu silsiləsi rus dilində Kamarkul və ya Kamarkuy kimi qeyd edilir.)yüksəkliyi ilə dağlar boyunca Talışı Ərşi mahalından ayırır.Dağ zirvələri orada yerləşən çayları hər iki tərəfə ayırır və və burada dəqiq sərhəd xəttini cızır. Sonra sərhəd xətti
Odinabazar və cikoir silsilələri ilə dağları zirvəsi ilə keçərək Qəmərku sülsiləsi ilə çayların axma səmtini tənzimləyərək silsiləyə qədət gedir və Züvand və Ərəş mahalını Vilgiz dairəsinə qədər ayırır.Qeyd etməliyəm ki , türkmənçay muqaqviləsinin fars variantında bu dağın adı Qəmərkuh –yəni ay görünən dağ,Ay dağı,rusca olan variantında isə Kamarkul,Kamarkuy,Kamarku kimi qeyd edilirki,bu da bu adın farsc olan variantından heç də fərqlənmir.Bundan başqa Talış dilində bu silsiləyə Kəməku deyə xitab edilir.Lakin bu silsilənin indiki adı ,həmən silsilənin əsl adı və mənşəyi ilə heç bir əlaqəsi yoxdur.Məlumdur ki bu silsilə adı indi Gömürgöy şəklində həm coğrafi xəritələrdə ,həm də coğrafiya kitablarında qeyd olunur.12 (Туркманчайский мирный договор завершил русско-иранскую войну1826-1828 гг. Выверено по изданию: Под стягом России: Сборник архивных документов. М., Русская книга, 1992..)
документов. М., Русская книга, 1992.Lakin izah etməliyəm ki, sisilənin Gömürgöy tələffüz formsı heç bir tarixi sənədə və ya tarixi mənbəyə əsaslanmır.Çünki nə türk dilində ,nə də Talış dilndə belə bir söz yoxdur.Sözün kökü olan ,,gömür,, Azərbaycan və talış dillərində heç bir söz kökünə uyğun deyil..,o ki qaldı ,,göy,,sonluğuna bu da yəqin səma nəzərdə tutulub ,ya da göy rəng.Bu sisilə də göy deyil,ağdır və başı həmişə qarla örtülüdür.Yəqin ki,silsilənin bu cür adlandırılması sovet dövründə yiyəsiz qaldığına görə Azərbaycan sovet tarixçiləri və ya oraya 1940-cı illərdə sovetlər tərəfindən əsassız olaraq verilmişdir.Bundan başqa Talış dağlarının silsilələrindən olan Qodərə dağı adə da əsassız şəkildə təhrif olunaraq Göydərə şəklinə salınmışdır.Qeyd etməliyəm ki,bu silsilənin adı tarixi mənbələrdə Gavdərə -farsca Gav-inək,dərə dərədir kimi qeyd edilir. Rus mənbələri isə bu slsiləni ,,Qodara,,adlandırırlar.Talışca isə bu silsilənin adı Go dərə – yəni ,,inək dərə,,sidir. Bu silsilənin Talış ,fars və rus dillərindəki formaları və mənaları biri-birindən heç də fərqlənmir və bu sözlərin eyni söz olduğuna işarədir.Ama o ki,qaldı Göydərə adına ,deməliyəm ki, bu ad son 50 ildə bu şəkilə düşmüşdür.Məsələn ,o zaman Lənkəran xanlığının şimalda möhkəm qalalarından olan Gavşavan (bax-farsca Gav-inək,Camış,şavan isə qamışlıq ) adı sonradan təhrifləşdirilərək əsassız olaraq Göyşabaan şəklinə salınmışdır.Bu qalanın rusca tələffüz forması da Gavşabandır.Farsca olan tələffüz forması ilə eynidir.Beləliklə,Züvand dairəsi,əks tərəfdə yerləşən və adı çəkilən dağ silsilələri ilə birgə rusiyaya birləşdirirlir.Vilgic dairəsinin sərhədi boyunca hər iki dövlət arasındakı sərhəd xətti vəçayların axını daima mubahisəli olmuş ,bu xətt kloputi yüksəkliyi ilə dağlar boyunca Vilgic dairəsinə qədər , Astara çayının şimal mənbəyinə qədər ; ordan bütün çayların su xətti ilə ,ordan da kaspi dənizinə tökülənə qədər hərəkət etməli,Rusiya iləİranı ayıran sərhəd çizgiləri qurtaran yerə qədər davam etməlidir.» Qeyd etməliyəm ki,türkmənçay muqaviləsnin IV maddəsində bunlar hal-hazırda mövcud deyil.Türkmənçy muqaviləsinin IV maddəsinin şəkildəki mətni farscadır. Mümkündür ki,rus ordusunun İran ərazisində mövcud olması və digər siyasi məsələlər muqavilə mətninin dəyişdirilməsini surətləndirmişdir.Fikrimcə ,IV maddə muqavilə bağlayan tərəflər hələ açmaq fikrində deyillər.
Türkmənçay muqaviləsi 16 maddədən ibarətdir.Belə br sual meydana çıxır..Görəsən əsirlərin dəyişdirilməsi,sərhəd xəttinin təyin lunması vəKaspi dənizində istifadəyə görə kompensaiyanın ödənilməsi necə təmin olunurdu.
Muqavilənin III maddəsinə əsasən Rusiyanın tərkibinə Naxçıvan və İrəvan xanlıqları da keçdi. Azərbaycan xalqı üçün digər səmərəli və ürək açan olmayan məsələ muaqvilənin XV maddəsisir.Bu maddəyə görə iran tərəfi müəyyən şəxsləri təqib etməməyi,ruiyaya meyl olanlara şərait uyaratmağı öz üzərinə götürmüşdü.Elə bunu əsas tutaraq Ermənilər Təbriz və Urmiyadan ,şimali Azərbaycan torpaqlarına köç etməyə başladılar. Bu onlar üçün göydən düşmə əla fürsət idi.Çünki,onlar bunu Azərbaycan xanlıqlaarı dövründə edə blmirdilər.Bu köçü rus ordusunn erməni mənşəli generalı X.Lazerev rəhbərlik edirdi. İki il ərzində cənub Azərbaycandan İrəvan ,Naxçıvan və Qarabağ xanlı ərazsinə 40 min erməni köçüb gəldi. XX əsrin başlanğıcına qədər Cənubi Qafqaza 1,3 mln erməni köçürüldü. 1917-ci il Oktyabr inqilabından sonra Türkmənçay muuqaviləsi rsiya tərəfindən öz qanuni statusunu və dəyərini itirdi və bir il sonra ,yüz il bundan əvvəl rusiyaya keçmiş Azərbaycan ərazilərində,Azərbaycan xalq cumhuriyyəti və,Ararat(Eməni) respublikası yaradıldı. 1920-1921-ci illərdə sovet regionun ovetlər tərəfindən işğlından sonra qədim Azərbaycan ərazilərində Azərbaycan SSR və Ermənistan ssr yaradıldı.Lakin qeyd etməliyəm ki,1828-ci il 10 fevralda türkmənçay sülh muqaviləs ilə bərabər rusiya ilə iran arasında. Tərəflər arasında 3 protokol da imzalandı:
• İran və Rusiya arasında ticarət mubadiləsi haqda.
2. Оrusiya ilə iran arasında diplomatik numayəndəlikərin və səfirliklərin açılması barədə.
3. İranın rusiyaya 20 milyon dəyərində gümüş pul ödəmsi haqda…sənəd. Ama bu muqailə sənədlərin heç birində ermənilərin kütləvi olaraq Azərbaycan ərazisinə köçürülməs və ya buradakı qədim Azərbaycan torpaqlarında hər hansı bir ermən dövlətinin yaradılması nəzərdə tutulmayıb və bunu təsdiq edən belə bir maddə də yoxdur..Bu ermənilərin tarixi saxtalaşdırdığını bir daha sübut edir.

Aqşin Mistanlı
Tədqiqatçı-tarixçi,AJB-nin üzvü.

Oxunub: 1 328
Oxşar xəbərlər
SON XƏBƏRLƏR