dini radikalizm və ekstremizmlə mübarizə

Libermanın ardınca Ərdoğan və Putin Bakıya gəlir – Səbəb

Libermanın ardınca Ərdoğan və Putin Bakıya gəlir – Səbəb
Azərbaycan birmənalı olaraq regional siyasətin mərkəzinə çevrilir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, İsrailin Müdafiə naziri Aviqdor Libermandan sonra Rusiya və Türkiyə liderlərinin Azərbaycana gözlənilən səfərləri Bakıya praktiki marağın artmasından xəbər verir:

“Azərbaycan regional siyasətin həssas sinirinə çevrilir. Belə ki, İsrail, Rusiya və təbii ki, qardaş Türkiyə Azərbaycanla münasibətlərin qurulmasında maraqlıdır. Hər üç ölkənin gündəliyi isə olduqca fərqlidir və bu güclər Azərbaycanın bölgədə oynadığı rolun artıq Cənubi Qafqazdan kənara çıxdığını anlayırlar. Bu, Azərbaycanın təkcə regionda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizi kimi layihələri həyata keçirməsi ilə məhdudlaşmır, ölkəmizin geosiyasi tutumu da artır”.

Politoloq regionda iqtisadi proseslərlə yanaşı, hərbi siyasi aktivliyin də artacağını bildirib:

“Ölkəmiz həssas bölgədə yerləşir və yaxın aylar İran və Dağlıq Qarabağ məsələsi ilə bağlı qaynar aylar olacaq. Bundan başqa, Rusiyanın Suriya ilə bağlı hərbi-siyasi addımlar atması gözləniləndir. Burada Xəzər donanmasının rolu artacaq. Bu mənada İsrailin Müdafiə naziri Aviqdor Libermandan sonra Rusiya və Türkiyə liderlərinin Azərbaycana səfərləri mühüm siyasi əhəmiyyətə malikdir. Sözügedən ölkələr Azərbaycanın mövqeyinə arxalanırlar, ölkəmizi mühüm tərəfdaş hesab edirlər”.

Oxunub: 567
Oxşar xəbərlər
SON XƏBƏRLƏR