» » “Ermənistan bu məsuliyyətdən qaça bilməz” - XİN

“Ermənistan bu məsuliyyətdən qaça bilməz” - XİN

“Ermənistan bu məsuliyyətdən qaça bilməz” - XİN
“Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarının yeganə məqsədi danışıqlar prosesini məhv etməkdən ibarətdir. Gücdən istifadə edərək Azərbaycan ərazilərinin hərbi işğalının davam etdirilməsinə görə məsuliyyət daşıyan tərəf Ermənistan Respublikasıdır”.

Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışını şərh edən Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.



Hikmət Hacıyev bildirib ki, işğal faktına görə beynəlxalq hüquqi məsuliyyət münaqişə tərəfi kimi Ermənistanı təsbit edir: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmayana qədər Ermənistan bu məsuliyyətdən qaça bilməz.



N.Paşinyan tərəfindən Azərbaycanın işğal olunan Dağlıq Qarabağ bölgəsindəki erməni əhalisinə “dağlıq qarabağ xalqı” deyə müraciət etməsi tamamilə əsassızdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən təqdim olunan və hal-hazırda müzakirədə olan bütün sənədlərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Müxtar Vilayətinin əhalisi kimi erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ziddiyyətli açıqlamalarla çıxış etmək əvəzinə Ermənistan baş nazirə sənədləri oxumağı, xüsusilə münaqişənin həlli ilə əlaqədar savadlılığını artırmağı tövsiyə edirik.



Bu kimi provokativ və ziddiyyətli açıqlamalarla çıxış edərək vəziyyətin gərginləşdirilməsinə və danışıqlar prosesinin pozulmasına görə məsuliyyət baş şəkildə Ermənistan baş nazirinin üzərinə düşür”.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930