» » Ərdoğan: Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmayacaq

Ərdoğan: Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmayacaq

Ərdoğan: Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmayacaq
Türkiyə ABŞ-a görə İranla münasibətləri pozmaq və anti-İran sanksiyalarına qoşulmaq niyyətində deyil.

Djb.az-ın verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə İrana qarşı sanksiyaların yolverilməz olduğunu hesab edir:

“İran bizim üçün mühüm strateji tərəfdaşlardan biridir”.

Ərdoğan bildirib ki, Türkiyə və İran arasında münasibətlər yüksək səviyyədədir və gələcəkdə də belə olacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İranla nüvə proqramı üzrə sazişdən çıxdığını, əvvəl tətbiq olunan bütün sanksiyaların bərpa edildiyini elan edib.
Oxşar xəbərlər
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031