dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanla İran sərhədi möhkəmləndirilir, 600 metr beton divar hörüləcək

Azərbaycanla İran sərhədi möhkəmləndirilir, 600 metr beton divar hörüləcək
Azərbaycan və İran arasında Astaraçay sərhədinin möhkəmləndirilməsi üzrə anlaşma sənədi imzalanıb.

Djb.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İRİB-ə məlumat yayıb.

İran Astarasının sərhəd zastavasının rəisi polkovnik Nozər Muradi İran və Azərbaycan sərhədçilərinin birgə iclasından sonra deyib: “İki tərəf arasında imzalanmış anlaşmaya əsasən gələn həftədən etibarən Astaraçay sərhəd xətti boyunca 600 metr uzunluğunda beton divarın çəkilməsinə başlanılacaq”.

Bildirilib ki, bir müddət əvvəl Astaraçay sərhəd xətti boyunca 1,8 km uzunluğunda beton divar çəkilib. İndi 600 metr uzunluğunda əlavə beton divarın çəkilməsi ilə Astaraçay sərhəd xəttinin möhkəmləndirilməsi üçün çəkilən beton divarın ümumi uzunluğu 2,4 km-ə çatacaq.

N.Muradi ki, İranın Bağçasaray, Xoşke Dəhəne və Azərbaycanın Cəlilabad sərhəd kəndlərinin əkin ərazilərinin, yaşayış məntəqələrinin sel və daşqın təhdidi ilə üz-üzə olmasını nəzərə alaraq, ötən il bu problemi aradan qaldırmaq üçün dörd nöqtədə çayın dibi lildən təmizlənib: “Astara sərhəd xəttinin tam təhlükəsizliyi sərhəd sakinləri və sərhədçilər arasındakı qarşılıqlı anlaşma və əməkdaşlığın nəticəsidir”.

Qeyd edək ki, uzunluğu 38 km olan Astaraçay Astara şəhəri ərazisində İran və Azərbaycan arasındakı dövlət sərhədi hesab olunur. Astara şəhəri çayın mənsəbində yerləşir və çay Xəzər dənizinə tökülür.

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR