dini radikalizm və ekstremizmlə mübarizə

Gürcü ekspertlər: Ermənistanın arzusu reallaşmayacaq

Gürcü ekspertlər: Ermənistanın arzusu reallaşmayacaq


Ermənistanla Rusiyanı Abxaziyadan keçməklə birləşdirən dəmir yolunun açılışı son günlərdə yenidən gündəmə gəlib. Məsələnin hətta Praqada Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidzenin görüşündə də müzakirə edildiyi bildirilir. Rəsmi Yerevanın Abxaziyadan keçən dəmir yolunun açılması ilə bağlı dəfələrlə etdiyi müraciəti Tbilisi indiyədək cavabsız qoyub. Məsələnin bu günlərdə yenidən gündəmə gəlməsi Gürcüstanın siyasi dairələrində belə təəccüblə qarşılanıb. Gürcü ekspertlər dəmir yolunun açılışını real saymırlar. Onların fikrincə, Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya ilə hər hansı danışıqlara gedərək, bu marşrutun istifadəsinə razılıq versə, bu, ölkənin ərazi bütövlüyünün sual altında qoyulması anlamına gələcək. Gürcüstanlı ekspertlər deyirlər ki, Ermənistanın müstəqil siyasət yürütməməsi rəsmi Yerevan üçün müxtəlif məsələlərin həllində birbaşa problemlər yaradır. Xüsusilə də, dəmir yolu məsələsində Gürcüstanın maraqları nəzərə alınmalıdır. Ekspertlər bildirirlər ki, Yerevanın arzuladığı dəmir yolu reallaşacaq xahişə bənzəmir. Karasin-Abaşidze görüşündə məsələnin müzakirə olunması xəbəri Gürcüstanın siyasi dairələrində ajiotajla qarşılandıqdan sonra Rusiya xarici işlər nazirinin müavini özü açıqlama verərək, bildirib kİ, Ermənistandan başlayan və Abxaziyadan keçərək Rusiyaya gedən dəmir yolunun açılışı ilə bağlı hec bir danışıqlar aparılmayıb.

Səbinə`Saday

Oxunub: 859
Oxşar xəbərlər
SON XƏBƏRLƏR