dini radikalizm və ekstremizmlə mübarizə

“Dövlətin sosial evlərlə bağlı birdən-birə belə bir addım atması çətindir, amma...”

Vahid Əhmədov: “Bəzi məsələlər öz həllini tapandan sonra, bu evlərin bir qədər də ucuzlaşması mümkün ola bilər”
“Dövlətin sosial evlərlə bağlı birdən-birə belə bir addım atması çətindir, amma...”
Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan sosial evlərə maraq kifayət qədər böyükdür. Bəzi mütəxəssislər hesab edir ki, dövlət sosial evlərə qoyulan xərcin müəyyən bir hissəsini vətəndaşlara güzəştə getməklə, bu evlərin qiymətini bir qədər də aşağı sala bilər. Belə bir addımın atılması indiki durumda nə dərəcədə real görünür?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov birdən-birə belə bir addımın atılmasının asan olmadığını vurğuladı:

“Sosial evlər dövlət büdcəsi hesabına tikilib. Bu vəsait isə təbii ki, büdcəyə qaytarılmalıdır. Sosial evlər bazardakı digər evlərdən əhəmiyyətli dərəcədə, hardasa 30-40% ucuzdur. Bu, hələ ki, ilkin təcrübədir. Ola bilsin ki, bəzi məsələlər öz həllini tapandan sonra qiymətlərin bir qədər də ucuzlaşması mümkün olsun. O ki qaldı, qoyulan vəsaitin bir hissəsindən dövlətin imtina etməsinə, yəni bu vəsaiti vətəndaşın xeyrinə güzəştə getməsinə, indiki şəraitdə dövlətin birdən-birə belə bir addım atması çətindir. Bütövlükdə isə, sosial evlərlə bağlı atılan addımları müsbət hesab edirəm”.

Oxunub: 653
Oxşar xəbərlər
SON XƏBƏRLƏR