dini radikalizm və ekstremizmlə mübarizə

ADP idarə heyətinə daxil olan şəxs Tiblisidədir

ADP idarə heyətinə daxil olan şəxs Tiblisidədir
Xəbər verdiyimiz kimi ADP sədri S.Cəlaloğlunun rəhbərliyi ilə bir qrup ADP funksioneri Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı 24-27 may tarixləri çərçivəsində “Öndərlərin izi ilə” səfər proqramına başlayıb. ADP funksionerləri səfər proqramını Bakıda Şəhidlər Xiyabanını ziyarət etməklə başlayıb. Daha sonra marşurut üzrə hərəkət edən partiya rəsmiləri Şamaxıdakı naməlum türk əsgərlərinin məzarı önünə əklil qoymuşlar. 25 may 2018-ci il tarixdə Tbilisidə olan ADP funksionerləri bu ölkənin bir sıra siyasi partiyaları ilə görüşlər keçirmişlər. Görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmış, partiyalar arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

ADP rəhbərliyinə daxil olan şəxslər günün sonunda Marneuli rayonunda yerləşən Gürcüstan Azərbaycanlılarının Konqresinin baş ofisində olmuş, adı çəkilən qurumun sədri və əməkdaşları ilə görüş keçirmişlər. Bu görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın problemləri və onların həlli istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. Partiya yetkililəri sabah səfər proqramı çərçivəsində digər görüş və tədbirlərini davam etdirəcəkdir. /www.moderator.az/

Oxunub: 599
Oxşar xəbərlər
SON XƏBƏRLƏR