» » Paşinyandan Putinə İLK ZƏRBƏ: Kremlin düşmənləri olan 31 ölkə ilə eyni masada

Paşinyandan Putinə İLK ZƏRBƏ: Kremlin düşmənləri olan 31 ölkə ilə eyni masada

Paşinyandan Putinə İLK ZƏRBƏ: Kremlin düşmənləri olan 31 ölkə ilə eyni masada


Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı ilə assosiasiya haqqında razılaşmanı imzalayan ölkələrin liderlərinin qarşıdakı görüşlərindən birinə dəvət edilib.

DJB.az xəbər verir ki, bu haqda “Jamanak” diplomatik mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Paşinyan dəvətdən başqa, görüşün həmsədri kimi çıxış etmək təklifi alıb. Tədbirin harada və nə vaxt planlaşdırıldığı barədə informasiya açıqlanmayıb.

Xatırladaq ki, Ermənistan və Avropa İttifaqı arasında 2017-ci ilin noyabrında hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş çərşənbə günü Avropa Parlamentinin xarici işlər komitəsi tərəfindən bəyənilib. Siyasi-iqtisadi, maliyyə və humanitar məsələlərin geniş spektrini əhatə edən saziş müddətsizdir. O Erməntan və Avropa İttifaqının 28 ölkəsi tərəfindən təsdiqlənnədən sonra qüvvəyə minəcək. İndiyə kimi dörd ölkə - Ermənistan, Estoniya, Latviya və Litva sənədi təsdiq edib.

Mayın 8-də Ermənistanın baş naziri seçilən Nikol Paşinyan Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsini xarici siyasətinin prioritetlərindən biri adlandırıb. Paşinyan eyni zamanda Rusiya ilə birgə yer aldığı Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sadiq qalacağını bildirib. Bu fikirləri həmçinin, mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putində görüşündə də səsləndirib.

Lakin siyasi ekspertlər onun bu bəyanatlarına şübhə ilə yanaşırlar və yaxın dönəmdə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxış üzrə kampaniyanın əsas təşəbbüskarlarından biri olduğunu xatırladırlar.

Məsələn, bir müddət əvvəl rusiyalı politoloq Yevgeni Mixaylov proqnozlaşdırıb ki, Paşinyanın rəhbərliyi altında Rusiya ilə əlaqələr də pisləşəcək:

"O, açıq-aydın Qərb lobbisinin havadarıdır. Tezliklə Gümrüdəki Rusiya bazasının ölkədən çıxarılması tələblərini eşidəcəyik. Onun xarici siyasətdə balans haqqında söylədikləri, sadəcə, populizmdir. Ermənistan Rusiya üçün düşmən dairələrlə yaxınlaşmaqla uçuruma gedir".

Nikol Paşinyanın Avropa İttifaqı ilə qurumla assosiativ saziş imzalayan ölkələrlə (Gürcüstan, Moldova və Ukrayna – red.) eyni masada olması Moskva üçün heç bir halda, yaxşı yozula bilməz və qıcıqlandırıcı məqamdır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930