» » Macarıstanın baş naziri Qlobal Bakı Forumuna dəvət olunub

Macarıstanın baş naziri Qlobal Bakı Forumuna dəvət olunub

Macarıstanın baş naziri Qlobal Bakı Forumuna dəvət olunub
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Budapeştdə Macarıstanın dövlət katibi İstvan Mikola ilə görüşüb.

Mərkəzdən "Report"a verillən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olunub.

Tərəflər VI Qlobal Bakı Forumunun Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.

Dövlət katibi İstvan Mikola ölkəsinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə mühüm tərəfdaş kimi yanaşdığını qeyd edib. O, Macarıstanın müvafiq qurumları ilə mərkəz arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib.

Görüşdə mərkəzin son zamanlar Balkan və Şərq ölkələrində əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Eyni zamanda qlobal problemlərin müzakirə edildiyi forumun Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu və növbəti tədbirin gələn il yenidən Bakıda təşkil ediləcəyini bildirilb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Macarıstanın Baş nazir Viktor Orbánın foruma dəvət olduğunu deyib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31