dini radikalizm və ekstremizmlə mübarizə

Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb

Baxış Sayı:447

Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb


Prezident İlham Əliyev Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 21 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR