dini radikalizm və ekstremizmlə mübarizə

Bakıda “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” adlı sərgi açılıb

Bakıda “Heydər Əliyev: şəxsiyyət, missiya, irs” adlı sərgi açılıb


Bakıda "Heydər Əliyev: şəxsiyyət, missiya, irs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisi açılıb.


Xezerxeber.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasiminin iştirakçılarına Rusiya prezidenti Vladimir Putin müraciət ünvanlayıb. Müraciəti Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov səsləndirib.


Azərbaycan prezidenti İlham Əliyevin sərginin açılış mərasiminə ünvanladığı müraciətini isə prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov səsləndirib. Müraciətdə görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin təcrübəsi və təşkilati bacarığı ona çətin dövrdə müstəqil Azərbaycana rəhbərlik etməyə imkan verdiyi vurğulanıb. Eyni zamanda, Azərbaycan və Rusiya arasında strateji xarakter daşıyan sıx əməkdaşlığın qurulmasında da Heydər Əliyevin xüsusi əməyinin olduğu qeyd edilib.


Açılış mərasimində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də çıxış edərək, ulu öndər Heydər Əliyevin Rusiyaya həmişə Azərbaycanın ən yaxın strateji tərəfdaşı kimi yanaşdığını bildirib.


Qeyd edək ki, sərgi Azərbaycan və Rusiyanın Prezident Adminstrasiyaları, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunub. Burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən 300-dək eksponat, o cümldən fotolar, müxtəlif sənədlər və videomateriallar nümayiş olunur.

Oxunub: 834
Oxşar xəbərlər
SON XƏBƏRLƏR