» » “Facebook”a qarşı təhqiqata başlanıldı

“Facebook”a qarşı təhqiqata başlanıldı

“Facebook”a qarşı təhqiqata başlanıldı
İspaniyanın Məlumatların Qorunması üzrə Agentliyi 137 min nəfərə yaxın ispaniyalı facebook istifadəçisinin məlumatlarının sızdırılmasından şübhələnir.

Oxu.Az agentliyə istinadla xəbər verir ki, bu istiqamətdə təhqiqatlara başlanılıb.

Qeyd edək ki, bu, Məlumatların Qorunması üzrə Agentliyin “Facebook” şirkətinə qarşı ilk iddiası deyil.

2017-ci ildə agentlik ABŞ şirkətini 1,2 milyon avro məbləğində cərimə etmişdi.

Bu dəfə açılmış yeni təhqiqatın azı bir il yarım vaxt aparacağı gözlənilir.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31