dini radikalizm və ekstremizmlə mübarizə

Ağcabədidə “ASAN xidmət” mərkəzi tikiləcək - 5 milyon manat ayrıldı

Ağcabədidə “ASAN xidmət” mərkəzi tikiləcək - 5 milyon manat ayrıldı


Prezident İlham Əliyev Ağcabədi rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında
sərəncam imzalayıb.

XəzərXəbər-in xəbərinə görə, sərəncamda deyilir ki, Ağcabədi rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılsın.

Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırlıb.

Oxunub: 668
Oxşar xəbərlər
SON XƏBƏRLƏR