dini radikalizm və ekstremizmlə mübarizə

Demokratiya və Azərbaycan cəmiyyətinin demokratiya anlayışı. Azərbaycan İslam demokrat pariyasının sədri: Tahir Abbaslı III hissədən

Demokratiya və Azərbaycan cəmiyyətinin demokratiya anlayışı. Azərbaycan İslam demokrat pariyasının sədri: Tahir Abbaslı III hissədən
"Demokratiya anlayışı bu gün dünyanın hər yerində bir zərurət olaraq rədd ediləbilməz istəyə çevrilmişdir"...

Azərbaycan İslam Demokrat Partiyasının 2008-ci il prezident seçkisində iştirak edəcək namizədlərə MÜRACİƏTİ

Ölkəmizin ictimai-siyasi həyatında ən mühüm, ciddi və tarixi hadisə olan prezident seçkisi ərəfəsində yaşayırıq. Gələcək günlərimizin müqəddəsləşməsi üçün vətənimizin qarşısında şərəfli vəzifə borcumuzu yerinə yetirmək biz vətəndaşların ən yüksək amalı olmalıdır. Hesab edirik ki, prezident seçkisi tək bir nəfərin prezident seçilməsi deyil, həm də xalqın hansı təfəkkürə, əxlaqa, mənəviyyata malik olduğunu ortaya qoymaq üçün bir vasitədir. Xalqımızın əsas hissəsi müsəlmandır. İnanırıq ki, prezidentliyə namizədlər arasında dünyanın ən mütərəqqi dini olan İslamın qüdrətindən yararlanan namizədlər var. Bu isə o dəməkdir ki, milyonlarla potensial seçici islam dini baxışları və həyat tərzini əks etdirən siyasi proqramları olan namizədlərə səs verməyə hazırdır. Bu proqramlarda demokratiya prinsipləri dinlə ziddiyətlər yox vəhdət təşkil etməlidir. Bu mənada müsəlman xalqına rəhbər olmaq istəyən Islam dini haqqinda məlumatlı olmalidir. Dinin buyurduğu ayinlərin özünə rəhbər bilib və cəmiyyətə tətbiqi istiqamətində sistem qurulmalıdır. Həvayi-nəfslə, arzu və istəklə Azərbaycan prezidenti olmaq istəmək xalqa düşmənçilikdən başqa bir şey deyil. Cunki, indiki dövur olduqca qaranlıq, mürəkkəb siyasi və iqtisadi maraqlarlarla dolu oyunlar sistemidir. Seçiləcək prezidentin xalqın, eləcə də dövlətçiliyin indiki durumunda baş çıxara biləcək, onlarin arasında vəhdətlik yaradacaq, təzyiq və təqiblərə qarşı müqaviməti olacaq, davamlı və ağıllı siyasət yürüdə biləcək bir şəxs olması vacibdir. Əgər kimlərsə özlərində cəsarəət tapıb ortalığa iradə qoyursa biz bu şəxslərə hörmət və rəğbət bəsləməklə bərabər yardimci tövsiyyələr vermək niyyətindədiyk. Belə ki, ötən seçkilər ərəfəsində namizədlər arasında bir-birini aşağılamaq, təhqir etmək, qara PİAR təşkil etmək seçki kampaniyasının az qala tərkib hissəsinə çevrilmişdi və minlərlə seçicini seçkilərdə iştirak etməkdən çekindirmişdir.
Biz AİDP olaraq bütün namizədlərə siyasi mübarizədə və seçki kompaniyası keçirən zaman etik normalardan kanara çıxmamaq, dini, mənəvi, tərbiyyəvi prinsipləri hörmətlə yanaşmağa dəvət edirik.
Bu cür münasibət xalqda özünənifrət və passivləşmə prosesinə gətirib çıxarır, cəmiyyətdə ağır zədələr əmələ gətirir, xalqa və dövlətçiliyə ağır zərbə dəyir. Əxlaq və mənəviyyatda ciddi problemlər yaradır. İnsanlar ictimai problemlərin çözülməsinə, xəstəliklərin aradan götürülməsinə biganə, laqeyd olur. Ölkəmizin Qarabağ kimi problemi olduğu bir halda, Qarabağ problemi qədər əxlaq və mənəviyyat problemi yaradan namizədin bu seçkidə iştirakının nə mənası və nə də cəmiyyətə xeyri var. Prezident seçkisində hər namizəd həm də əxlaq-mənəviyyat sərgisi nümayiş etdirməlidir. Xalq isə bu sərgidən bəyəndyini seçəcəkdir. Bir sözlə siyasi rəqabətlə yanaşı, əxlaq-mənəviyyat rəqabəti də olmalıdır. Tək siyasətlə hakimiyyəti idarə etməkdə şan-şöhrət, ləzzət məqsədi güdülür. Burada çox şaxəli və cox istiqamətli mənəvi, əxlaqi hərəkətlər təzahür etməlidir.
Hesab edirik ki, Prezident seçkisi daha çox mülayimlik, dözümlülük sifətlərini ortaya qoya biləcək namizədlərin mübarizə meydanına çevrilməlidir. Bu isə o deməkdir ki, oturduğunuz-durduğunuz yerlərdə əxlaq-mənəviyyatın qapısı bərk-bərk döyülməlidir. Hər şeyə və hər yerə vaxt tapa bilən namizədlərimiz Allahın qapısına gedib Allah sözlərindən də xəbərdar olmalıdırlar. Və bütün ixtilafların həllini Quranda tapmalıdırlar.
Biz AİDP olaraq ümidvarıq ki, namizədlər seçki mübarizəsini məhz yuxarıda sadaladığımız keyfiyyətlər əsasında aparacaqlar. Və ölkəmiz, eləcə də xalqımız qarşısında boyunlarına missiya götürəcək, gələcək nəsillərə örnək olacaqlar. Bu isə cəmiyyətmizə gələ biləcək xəta və bəlalardan xilas olmağımıza gətirib çıxaracaq. Seçki ərəfəsində bu keyfiyyətləri əks etdirən namizədə səs verəcəyik.
Mətnuat açıqlamasindan: «Seçki yaxınlaşdıqca cəmiyyətin müxtəlif təbəqələrində, siyasi partiyalarda oyanış, mübarizə əhval-ruhiyyəsi, fəallıq əmələ gəlməli idi. Amma seçkiyə bir neçə ay qalmasına baxmayaraq bunun əksini - inamsızlıq, etimadsızlıq və pessimzmin şahidi oluruq. Xüsusilə də özünü cəmiyyətin aparıcı gücü hesab edən tanınmış müxalifət liderlərinin çıxışlarında, açıqlamalarında pessimizm, başqalarını günahlandırma meylləri özünu daha qabarıq biruzə verir».
Bəzi partiya liderlərinin ölkədə dəyişikliyin baş verməməsində cəmiyyəti günahkar görməsinə münsibət bildirərkən deyib.
Onun sözlərinə görə, bəzi liderlər açıqlamalarında, mətbuata verdikləri müsahibələrində hakimiyyət dəyişikliyinin baş verməməsini, ölkədə demokratik prinsiplərin intişar tapmamasının günahını cəmiyyətdə axtarmağa başlayıb: «Hətta elə liderlər var ki, seçki ilə bağlı verdikləri açıqlamalarında birbaşa cəmiyyəti günahkar çıxarmağa çalışırlar. Məsələn, bəzi liderlər deyir ki, ötən illər ərzində biz mücadilə verib həbsxanalara düşmüşük, amma vətəndaşlar passivlik nümayiş etdirib. Bu fikrin müəllifləri ölkədə dəyişiklik baş verməməsində Qərbi də ittiham edirlər. Özünü cəmiyyətin aparıcı qüvvəsi sayan, elektoratının çoxluğunu önə çəkən liderlərdən biri isə bəyan edir ki, cəmiyyət özü dəyişiklik istəmir. Düzdür, bu açıqlamalarda cəmiyyəti oyatmaq niyyəti də var, amma batildə tam həqiqəti əks etdirmir. Hesab edirəm ki, bu tipli açıqlamalar daha çox özünü tarix qarşısında sığortalamaq məqsədi güdür».
İndiyə kimi görülən işlər missiya xarakteri daşımalı idi: «Elə etmək lazım idi ki, gələcək nəsillər hər şeyə yenidən başlamaq məcburiyyətində qalmasın, prosesləri görülən işlərin üzərində davam etdirə bilsinlər. Məsələn, vaxtilə bizim babalarımız, konkret olaraq Müsavatçılar ötən əsrin əvvəlində elə baza qoydular ki, aradan xeyli müddət ötsə də 90-cı illərdə həmin bazadan yararlanmaq mümkün oldu».
Eslində bu açıqlamaların əvəzində etiraflar səsləndirilməli idi: «Hesab edirəm ki, bu fikirləri səsləndirənlər üzərlərinə missiya götürmə¬diklərini, ortaya sistemli bir mübarizə forması qoya bilmədik¬lərini etiraf etməli idilər. Bu mənada hesab edirəm ki, bu gün xalqın dörd yol ayrıcında sərgərdan qalması və hansı yolla getməyin lazım olduğunu bilməməsi elə bu fikirlərin mülliflərinin özlərinin «zəhmətinin» nəticəsidir. Xalqın indiki - dalana dirənmiş bir vəziyyətdə olmasını görəndə, ötən illərin küləyə sovrulmasından dəhşətə gəlirsən. Bu açıqlamalar xalqın enerjisini, istək və arzularını yandırıb külə çevrib sonra da küləyə sovurmaq mahiyyəti daşıyır. Zənnimcə liderlər öz addımları ilə cəmiyyəti heyrətləndirə bilmədiklərinə heyfslənsələr daha yaxşı olar».
Hər sətir, fikir başı xalqı ittiham eləmək, öz fikir və ideyalarını, istək və arzularını həyata keçirməkdə onlara yardımçı olmamaqda suçlamaq özünü lider adlandıran, aparıcı qüvvə hesab edən şəxslərə xas xüsusiyyət deyil: «İstər, istəməz sual yaranır, görəsən, xalq liderlərdən, istifadə etməlidir, yoxsa liderlər xalqdan? Məncə bu fikri səsləndirənlər öncə tarixə nəzər salıb bu sualın cavabını tapmalıdırlar. Digər tərəfdən bir müəllimin şagirddən sorğu eləməsi üçün gərək əvvələcə ona təlim versin, nə isə öyrətsin. Bu olmadıqda fərdin və toplumun həyat və hərəkət nümunəsi olmalıdır ki, cəmiyyət ondan nə isə götürsün, öyrənsin. Digər tərəfdən yaxın və uzaq keçmişdə olan hadisələri ciddi araşdırıb düzgün qərar çıxarmaq lazımdır. Bu vaxt ortaya çıxan hər bir məsələlər düzgün təhlil olunmalıdır. Ötən əsrlərdə, eləcədə indi dünyada baş verən hadisələrin əsasında nə dururdu, niyə inqilablar oldu, nəyə görə varlıların var-dövləti əllərindən çıxdı, həbsaxanalara salındılar, niyə cəmiyyətin içində ayıqlıq, agahlıq, hərəkətlərə münasibət yoxdur və s. bu kimi sualları araşdırıb düzgün qərar vermək və hər hansı bir hərkata dirilik ruhiyyəsi gətirmək lazımdır».
İndiyə kimi gedən proseslər kortəbii də olsa müəyyən iş görülüb, demkratik cəmiyyəti qurulması üçün cəhdlər edilib: «Bu yolda həbsxanalara düşmək, ölüm-itim də olub. Hər kim Allaha xatir demokratik cəmiyyətin qurulmasında iştirak edibsə, mükafatını da Allahdan istəsin. Çünki Allah verdiyini nə cəmiyyət, nə də dövlət verə bilməz. Amma cəmiyyətə xatir bu hərəkətlər həyata keçirilibsə, bu işi görənlər nəyə layiqdirlərsə cəmiyyət onların dəyərini verib və verəcək. Yox əgər özünə görədirsə, indiyə qədər nə alıbsa Allaha şükür eləsin. Kimsə bu yolda cəmiyyətin daim onun yanında olmasını istəyirsə səhv edir».
Hesab edirəm ki, addımbaşı Qərbi ittiham etmək və qərb dövlətlərinə irad tutmaq, onlardan demokratiya ummaq Azərbaycan xalqına xas olan xüsusiyyət deyil: «Xalqımızın dünyaya və demokratiyaya özünəməxsus baxışları var. Görünən kəndə nə bələdçi. Qərb ötən əsrlər ərzində özündə demokratiya qurub, dünyaya isə demokratiyadan başqa hər şey ixrac edib.

Tahir Abbaslı

Oxunub: 835
Oxşar xəbərlər
SON XƏBƏRLƏR