dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan prezidenti Roma Papasını təbrik edib

Azərbaycan prezidenti Roma Papasını təbrik edib



Azərbaycan prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik ünvanlayıb.

DJB.Az-ın məlumatına görə, dövlət başçısı Ropa papasını tacqoyma günü münasibətilə təbrik edib:

“Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar və dinlər arasında dialoqun və tolerantlığın təşviqinə töhfədir.

Ümidvaram ki, ümumbəşəri dəyərlərin təntənəsinə, dünyada sülhün, sabitliyin qorunub saxlanmasına, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

Oxunub: 652
Oxşar xəbərlər
SON XƏBƏRLƏR