dini radikalizm və ekstremizmlə mübarizə

Prezidentdən 4 milyonluq sərəncam

Baxış Sayı:338

Prezidentdən 4 milyonluq sərəncam



İlham Əliyev 4 rayonda modul tipli məktəblərin quraşdırılmasına vəsait ayırıb
Prezident İlham Əliyev Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında cəmi 748 şagird yerlik modul tipli 11 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 915 000 (üç milyon doqquz yüz on beş min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR