dini radikalizm və ekstremizmlə mübarizə

Yeni müharibənin TARİXİ, Rusiyaya HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Yeni müharibənin TARİXİ, Rusiyaya HÜCUM... – GÜNÜN SİYASİ XÜLASƏSİ


Moskva Türkiyənin S-400 zenit-raket kompleksinin çatdırılmasının sürətləndirilməsi üzrə Ankaranın xahişlərinə müsbət reaksiya verib. Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub. ABŞ və Türkiyənin Münbiç üzrə danışıqları təxirə salınacaq. Böyük Britaniya Rusiyanın 23 diplomatını deportasiya edəcək. Britaniya Sergey Skripalın zəhərlənməsi işi üzrə BMT Təhlükəsizlik Şurasının təcili toplantısını çağırıb.

Hakim Respublika Partiyasının bütün üzvləri əmindirlər ki, 9 apreldən sonra Serj Sərkisyan baş nazir olacaq. Bu barədə informasiyanı “Past” qəzeti yayıb.

“Bütün fəaliyyətlər, açıq bəyanatlar buna işarə edir. Bizim mənbələrimizin informasiyasına əsasən isə məsələ hələ tam həll edilməyib. Mənbəmiz bildirir ki, hakimiyyətin ən yüksək nöqtələrində Serj Sərkisyanın müdafiə naziri təyin edilməsi məsələsi müzakirə olunur. Müdafiə naziri olacağı təqdirdə belə Sərkisyan hakim partiyanın rəhbəri olacaq və ölkədəki ən nüfuzlu şəxs sayılacaq”, – deyə qəzet bildirib.

“Bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında keçirilən 46-cı muxtarlar toplantısında bildirib.

“İndiyə kimi 3444 terrorçu zərərsizləşdirildi. Ümid edirəm ki, axşama qədər Afrin təmizlənəcək”, - Ərdoğan deyib.

Qeyd edək ki, Suriyanın Afrin böıgəsində keçirilən “Zeytun budağı” əməliyyatı yanvarın 20-də başlayıb. Əməliyyatda Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, Azad Suriya Ordusu da iştirak edir.

Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası aprelin 3-ü Ankarada keçiriləcək. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

Əməkdaşlıq Şurası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regional məsələlərin həllində əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusu olacaq.

Moskva Türkiyənin S-400 zenit-raket kompleksinin çatdırılmasının sürətləndirilməsi üzrə Ankaranın xahişlərinə müsbət reaksiya verib. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ilə Moskvada keçirilən danışıqların nəticəsinə görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, S-400-lərin Türkiyəyə çatdırılmasını hazırda mütəxəssislər müzakirə edirlər.

ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson ilə martın 19-da planlaşdırılan görüş təxirə salınacaq. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Mövlud Çavuşoğlu daha əvvəl bildirmişdi ki, martın 19-da “Yol xəritəsi” müəyyən olunacaq. O qeyd etmişdi ki, YPG Münbiçdən çəkildikdən sonra Türkiyə və ABŞ əsgərləri təhlükəsizliyi birgə təmin edəcək.

Xatırladaq ki, daha əvvəl “Vaşinqton Post” qəzetinin yazdığına görə, Türkiyə ilə ABŞ arasında qurulan ortaq Suriya komissiyası ötən həftə keçirdiyi toplantıda YPG terror təşkilatının Münbiçdən çıxarılmasına dair razılaşma əldə edib.

Dünən isə Reks Tillerson prezident Donald Tramp tərəfindən istefaya göndərilib.

Şimali İraqda PKK terror təşkilatına qarşı birgə keçirilməsi planlaşdırılan əməliyyatla bağlı Ankara və Bağdad arasında aparılan danışıqların bəzi detalları məlum olub. 7 aydır davam edən danışıqlarda Sincardakı 7 və Mahmur bölgəsindəki bir düşərgəyə qarşı əməliyyatın keçirilməsi qərarlaşdırılıb.

İyun ayında keçirilməsi planlaşdırılan əməliyyat iki ölkənin ilk birgə əməliyyatı olacaq

Oxunub: 645
Oxşar xəbərlər
SON XƏBƏRLƏR