dini radikalizm və ekstremizmlə mübarizə

BQXK: Məqsədimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə humanist münasibətin təmin olunmasıdır

BQXK: Məqsədimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevə humanist münasibətin təmin olunmasıdır




Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) məqsədi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonundakı doğma torpaqlarında olarkən ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevə humanist münasibətin təmin olunmasıdır.

Bu barədə özəl olaraq Trend-ə BQXK-nin baş ofisindən bildiriblər.

Bundan başqa, BQXK-nin Bakı ofisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib ki, təşkilatın nümayəndələri müntəzəm Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkir:

"Bu səfərlərin məqsədi onların saxlanma və müalicə şərtləri ilə tanışlıq və öz ailələri ilə əlaqənin dəstəklənməsidir”.

O qeyd edib ki, axırıncı belə səfər bu ilin fevralında baş tutub: "Amma BQXK öz monitorinqlərinin nəticələrini açıqlamır, əvəzində bu nəticələri müvafiq orqanlarla ikitərəfli və özəl şəkildə müzakirə edir”.

Qeyd edək ki, bir müddət əvvəl İnsan Haqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitənin saytında Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncələr verilməsi barədə faktlar yer almışdı.

Oxunub: 569
Oxşar xəbərlər
SON XƏBƏRLƏR