» » Prezident İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir"

Prezident İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir"

Prezident İlham Əliyev: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir"
"Aprel döyüşləri bizim böyük, tarixi qələbəmizdir. Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan ordusu bir daha öz gücünü göstərdi".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, həm vətəndaşlar, həm də hərbçilər aprel döyüşlərində öz güclərini göstəriblər: "Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstəriblər. Düşmənə layiqli cavab veriblər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə burada, dağılmış evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstəriblər. Göstərdilər ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan bir vətəndaş yerindən tərpənmədi.
Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçaraq getdilər. Amma biz dayandıq. Çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağ ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır".
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31