dini radikalizm və ekstremizmlə mübarizə

Gürcü polotoloq: "Azərbaycan, Gürcüstan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü regionda sülhə və təhlükəsizliyə, iqtisadi inkişafa xidmət edəcək”

Gürcü polotoloq: "Azərbaycan, Gürcüstan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü regionda sülhə və təhlükəsizliyə, iqtisadi inkişafa xidmət edəcək”
“Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin martın 15-də Bakıda keçiriləcək dördtərəfli görüşü ölkələrimiz arasında regional əməkdaşlığın hərtərəfli inkişafına təkan verəcək”.

Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın "Art Qalleri" televiziyasının rəhbəri, politoloq Tengiz Txilava söyləyib.

Bu görüşün yeni format olduğunu vurğulayan politoloq deyib: “Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə regionda Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzrum qaz kəməri, TAP, TNAP kimi iri, faydalı layihələri həyata keçirir. Bu layihələr təkcə bizim region üçün deyil, dünya üçün faydalı, mühüm əhəmiyyət kəsb edir. Fikrimcə, zəngin karbohidrogen ehtiyatlarına malik olan İranın iştirakı ilə yeni siyasi formatın yaranması çox böyük işlərə vəd verir”.

Polotoloqun sözlərinə görə, üçtərəfli siyasi formatın genişlənməsi, İran kimi ölkənin bu formata qoşulması regionun iqtisadi inkişafı ilə yanaşı, təhülkəsizlik və sülhə də yol açacaq.

“Türkiyə və İran regionda çox böyük gücə malikdir. Onların Azərbaycan və Gürcüstan ilə birgə layihələrdə iştirakıa böyük ümidlər bəsləyirəm. Ona görə də bu formatdan çoxlu fayda gözləyirəm” - T.Txilava vurğulayıb.

Oxunub: 705
Oxşar xəbərlər
SON XƏBƏRLƏR