dini radikalizm və ekstremizmlə mübarizə

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 15-də Naftalan şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən Axar.az-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küçəsi, 1) Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Oxunub: 1 027
Oxşar xəbərlər
SON XƏBƏRLƏR