dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan və Mərakeş arasında bir sıra sənədlər imzalanıb

Azərbaycan və Mərakeş arasında bir sıra sənədlər imzalanıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun martın 5-də Bakıda Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bourita ilə görüşündə bir sıra sənədlər imzalanıb.

Xezerxeber.az məlumat verir ki, görüşdə Azərbaycan və Mərakeş arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Sonra Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlir vergilərinə münasibətdə vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalayıb.

Bundan başqa, təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş, "Azərbaycan Dəmir Yolları” QSC və "Mərakeş Milli Dəmir Yolları” arasında Niyyət Protokolu, Azərbaycan Dövlət Dəniz Akademiyası və Mərakeş Dəniz Araşdırmaları Ali İnstitutu arasında Niyyət Protokolu imzalanıb.

Oxunub: 729
Oxşar xəbərlər
SON XƏBƏRLƏR