dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Afrin bataqlığına girdi: ABŞ olmasa... – Millət vəkili

Türkiyə Afrin bataqlığına girdi: ABŞ olmasa... – Millət vəkili
Türkiyənin Afrin əməliyyatının tez bir zamanda başa çatacağı proqnozlaşdırılmışdı. Amma bir aya yaxındır ki, Türkiyə Afrində hələ də tam qələbəyə imza atmayıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev partiyanın konfransındakı çıxışında deyib. O bildirib ki, Türkiyə bu əməliyyatı aparmaqda haqlıdır:

“Amma rəsmi Ankara Afrin bataqlığına girib. Bəzən dünya xəritəsini çəkən hegemon, söz sahibi olan dövlətlərlə anlaşmayanda böyük fəlakətlərlə üzləşirsən. Baxın, SSRİ heç bir dövlətin razılığı olmadan Əfqanıstana girdi, 10 ildən sonra məğlubiyyətə düçar olub oradan çıxdıqdan 2 il sonra süqut etdi. Türkiyədə də vəziyyətin gərginləşməsi bizim üçün arzuolunmaz nəticələr verə bilər. ABŞ Dövlət katibi Tillersonun Türkiyəyə səfəri, əldə olunan razılıq, Türkiyənin Baş naziri Binəli Yıldırımın Almaniyada kansler Merkellə görüşməsi rəsmi Ankara ilə ABŞ və Avropa arasında münasibətlərin istiləşməsinə gətirib çıxaracaq. Türkiyə başa düşdü ki, 26 günlük Afrin əməliyyatında ABŞ və Avropanın dəstəyi olduqca vacibdir”.

Oxunub: 683
Oxşar xəbərlər
SON XƏBƏRLƏR