» » Azərbaycanda seçici siyahıları martın 3-dək tam tərtib olunacaq

Azərbaycanda seçici siyahıları martın 3-dək tam tərtib olunacaq

Azərbaycanda seçici siyahıları martın 3-dək tam tərtib olunacaq
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.

“Report”un xəbərinə görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər il mayın sonuna qədər seçici siyahıları hazırlanır.

O bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bu prosesi sürətləndirib: “Seçici siyahıları səsvermə gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici siyahıları tərtib və təsdiq edilə bilər”.

MSK sədrinin müavini qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir: “Ötən illə müqayisədə seçicilərin sayı 28 344 nəfər artıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31