» » Bakıda Tacikistana həsr olunan tədbir keçirildi - Foto

Bakıda Tacikistana həsr olunan tədbir keçirildi - Foto

Bakıda Tacikistana həsr olunan tədbir keçirildi - Foto
Fevral ayının 12-də Bakı şəhərində Tacikistan Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-Tacikistan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun dəstəyi ilə Siyasi Psixologiya Mərkəzində Tacikistan Respublikasının 2018-ci ildə Müstəqil Dövlətlər Birliyinə sədrliyinə həsr olunmuş xüsusi tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Azərbaycan-Tacikistan Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Aydın Mirzəzadə, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, həmçinin parlamentin digər üzvləri, Bakıda akkreditə olunmuş MDB-ə üzv ölkələrin səfirləri, Azərbaycan Respublikası Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, eləcə də Azərbaycanın elm və ictimai dairələrinin nümayəndələri iştirak və çıxışlar edib.

Tədbirin moderatoru Aydın Mirzəzadə olub.

Tədbir zamanı səfir Rüstəm Soli 2018-ci ildə Tacikistan Respublikasının MDB-ə sədrliyinin konsepsiyasını təqdim edib. Onun sözlərinə görə, Tacikistan Respublikasının MDB-yə sədrliyi konsepsiyası və onun icrası üzrə tədbirlər planı əməkdaşlığın dərinləşdirilməsinə və MDB çərçivəsində inteqrasiya proseslərinin aktivləşdirilməsinə yönəlmiş bütün tədbirləri nəzərdə tutub.

Tədbirin sonunda Tacikistan Prezidenti İmaməli Rəhmana həsr edilmiş “Sülh və milli birliyin təsisçisi – Millətin lideri” kitabı, ölkə başçısının fəaliyyətinə həsr olunmuş digər elmi və tarixi əsərlər, eləcə də Tacikistanın müstəqillik illərində tarix və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərə həsr olunmuş kitablar təqdim olunub.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728