» » Valeh Ələsgərov yeni qanun layihəsindən danışdı

Valeh Ələsgərov yeni qanun layihəsindən danışdı

Valeh Ələsgərov yeni qanun layihəsindən danışdı
Milli Məclisin bu gün keçirilən iclasında “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi müzakirə olunub.

Oxu.Az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib

O bildirib ki, bu sənəd prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb:

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlətimizin başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli sərəncamına əsasən təşkil edilmiş İşçi Qrup hazırlayıb.

Sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb. Qanun layihəsi 5 fəsil, 30 maddədən ibarətdir”.

Qanun layihəsi ətrafında müzakirələr başlayıb.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031