dini radikalizm və ekstremizmlə mübarizə

Nazir yeni sədr təyin etdi

Nazir yeni sədr təyin etdi
Samir Əli Hüseyn oğlu Axundov Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsinin İdarə Heyətinin sədri təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə nazir Pərviz Şahbazov əmr imzalayıb.

S.Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə Siemens AG-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, Siemens-AG Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, Siemens-AG Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman-Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə prezidentinin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.

Oxunub: 733
Oxşar xəbərlər
SON XƏBƏRLƏR