dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan və Türkiyənin birgə iştirakı ilə... - Kvirikaşvili

Azərbaycan və Türkiyənin birgə iştirakı ilə... - Kvirikaşvili
Biz qonşu dövlətlərlə bir sıra irimiqyaslı layihələr həyata keçiririk. Bu da ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafında, şirkətlərin xarici ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayır.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili ölkəsində fəaliyyət göstərən şirkətlərin, biznes strukturların nümayəndələri ilə keçirilən görüşdə söyləyib.

O deyib ki, Gürcüstan dövləti region dövlətləri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Gürcüstan hökuməti bunun üçün əlindən gələni edir.

Baş nazir deyib ki, bu əməkdaşlıq regionda sabitliyə, xalqların rifah halının yaxşılaşmasına xidmət edir.

Hökumət başçısının sözlərinə görə, bu, həm də xarici iş adamlarının Gürcüstanda iqtisadi əlaqələrinin genişləndirməsinə imkan yaradır.

Bas nazir Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə reallaşdırılan layihələrin, Böyük İpək yolunun bərpasının və inkişafının əhəmiyyətini bir daha qeyd edib. O, bu layihələrin region və Avropa ölkələrinin inkişafında, enerji təhlükəsizliyində və ümumilikdə sabitliyin təmin olunmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Oxunub: 755
Oxşar xəbərlər
SON XƏBƏRLƏR