dini radikalizm və ekstremizmlə mübarizə

Müdafiə Naziriliyi daha bir erməni yalanını ifşa etdi

Müdafiə Naziriliyi daha bir erməni yalanını ifşa etdi
Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır.

Müdafiə Nazirliyi mətbuat xidməti Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Müdafiə Nazirliyinin Azərbaycan kəndlərinin düşmən tərəfindən atəşə tutulması barədə verdiyi xəbərdən dərhal sonra ermənilər bu kimi dezinformasiya yayıblar.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir:

“Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı”.

Oxunub: 750
Oxşar xəbərlər
SON XƏBƏRLƏR