» » Politoloq: Erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur

Politoloq: Erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur

Politoloq: Erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur
Bəlkə də, həmsədrlər nəsə “kreativ” təklif irəli sürüblər, ancaq erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur.

Oxu.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın Krakov şəhərində əvvəlcə erməni həmkarı ilə təkbətək görüşüb, sonra həmsədrlər də onlara qoşulublar. Bu, həmsədrlərin köhnə taktikasıdır, əvvəlcə tərəfləri başbaşa buraxır, onlar ürəklərini boşaltdıqdan sonra danışıqlara qatılırlar”, - deyən politoloqun sözlərinə görə, E. Məmmədyarov görüşdən sonra maraqlı açıqlama verib, o deyib ki, həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb.

“Görəsən, 25 ildə hər detalın öyrənildiyi və müzakirə edildiyi danışıqlarda hansı boşluq qalıb ki, yeni və maraqlı təklif üçün də yer qalsın?! Amma Məmmədyarovdan fərqli olaraq, Ermənistanın xarici işlər nazirindən həmsədrlərin “kreativ” təklifləri barədə açıqlama eşitmədim. Tam əksinə, görüşdən əvvəl Ermənistan XİN-nin mətbuat katibi Azərbaycan əleyhinə demədiyi söz qalmayıb, Bakını danışıqları pozmaqda ittiham edib. Bəlkə də, həmsədrlər nəsə “kreativ” təklif irəli sürüblər, ancaq erməni nazirin ritorikasında dəyişən bir şey yoxdur”, - deyə politoloq qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728