dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyənin sabiq səfiri, tanınmış siyasi ekspert Ömer Engin Lütem vəfat edib

Türkiyənin sabiq səfiri, tanınmış siyasi ekspert Ömer Engin Lütem vəfat edib
Modern.az xəbər verir ki, bu barədə məlumatı öz “Feysbuk” hesabında Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Cavid Vəliyev yazıb.

“Avrasiya Təhlil Mərkəzinin fəxri sədri, Azərbaycanın çox qiymətli bir dostu, Türk millətinin dəyərli diplomatı Ömer Engin Lütem vəfat edib. O, Türkiyənin nüfuzlu diplomatlarından sayılırdı. Təqaüdə çıxdıqdan sonra fəaliyyətini Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Erməni Araşdırmaları bölməsinin rəhbəri olaraq davam etdirib. Bir müddət ərzində paralel olaraq “Erməni problemi” jurnalının çap edirdi. ASAM-dan sonra Avrasiya Təhlil Mərkəzində direktor vəzifəsini icra edib. Bir sıra kitabların müəllifidir. Erməni məsələsində Türkiyənin güclü analitiklərindən hesab edilirdi. Ömer Engin Lütem Azərbaycanın beynəlxalq səviyyədə dəstəkləyən siyasi xadimlərdən olub. Onun yeri hər zaman görünəcək. Allah rəhmət eləsin!”.

Oxunub: 745
Oxşar xəbərlər
SON XƏBƏRLƏR