» » Rusiya ÜTT-dən çıxa bilər

Rusiya ÜTT-dən çıxa bilər

Rusiya ÜTT-dən çıxa bilər
Rusiya Avropa İttifaqı (Aİ) ilə donuz ətinin ixracı sahəsində yaranan problemlər səbəbindən ortaya çıxan mübahisənin sonunda Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hakimlər panelini çağırmağa hazırlaşır.

"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, əgər Aİ-nin qaldırdığı iddia nəticəsində Rusiyanın 1,39 mlrd. avro ödəməsi barədə qərar təmin edilərsə, ölkənin ÜTT-dən ayrılması məsələsi gündəmə gələ bilər. Qeyd edək ki, rəsmi Brüssel tərəfindən tələb olunan vəsait Aİ-dən 1 il ərzində Rusiyaya ixrac olunan donuz ətinin ümumi miqdarına bərabərdir. Tələb olunan vəsaitin hər il 15% artırılması nəzərdə tutulur.
Məsələ ilə bağlı çıxış edən Rusiya Federasiyasının Şurası İqtisadi Komitəsi sədrinin birinci müavini Sergey Kalaşnikov bildirib ki, ümumiyyətlə, Aİ tərəfindən Rusiyaya sanksiyaların tətbiqi ÜTT-nin prinsipləri ilə uyğun gəlmir.

Şuranın beynəlxalq əlaqələr üzrə sədr müavini Vladimir Cabbarov isə bldirib ki, "hələlik Aİ-nin etdikləri tam qanunsuzdur. Maliyyə bazarında bizim şirkətlərə məhdudiyyət var. ÜTT tərəfindən bizə qarşı qaldırılan iddialar Rusiyanın bu təşkilatda qalmasını sual altına alır. Rusiya problem və sanksiyalardan başqa heç nə ilə üzləşmir".
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031