dini radikalizm və ekstremizmlə mübarizə

Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur

Alpinistlərin axtarışına xarici mütəxəssislər cəlb olunur
Quba rayonu ərazisində itkin düşmüşb alpinistlərin axtarışlarına xarici mütəxəssislər cəlb olunur.

Bu barədə Oxu.Az-a “Gilavar” Hava və Ekstrim İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.

Onun sözlərinə görə, avstriyalı mütəxəssislər bu gündən xilasetmə və axtarış işlərinə qoşulacaqlar. Onların “Mi-17” təyyarəsi ilə hadisə yerinə ezam ediləcəkləri gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.

Oxunub: 746
Oxşar xəbərlər
SON XƏBƏRLƏR