» » Səməd Seyidov Azərbaycanın AŞPA-da nümayəndə heyətinin tərkibində dəyişikliyi şərh edib

Səməd Seyidov Azərbaycanın AŞPA-da nümayəndə heyətinin tərkibində dəyişikliyi şərh edib

Səməd Seyidov Azərbaycanın AŞPA-da nümayəndə heyətinin tərkibində dəyişikliyi şərh edib
"Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasına Azərbaycan nümayəndə heyəti yenilənmiş tərkibdə gedəcək".

APA-nın məlumatına görə, bunu Milli Məclisin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, təşkilata üzv ölkələr AŞPA-nın qış sessiyasına nümayəndə heyətlərinin yeniləşmiş tərkibi ilə qatılacaq.

"Bu, AŞPA-ya üzv dövlətlərdə qəbul olunmuş normal prosesdir. Azərbaycan nümayəndə heyətinin tərkibində də rotasiya qaydasında dəyişiklik edilib. Belə ki, deputatlardan Ülviyyə Ağayeva, Elşad Həsənov və Asim Mollazadə yeni tərkibə daxil ediliblər.

Nümayəndə heyətinin keçmiş üzvləri Elxan Süleymanov, Elşən Musayev və Müslüm Məmmədov parlamentin beynəlxalq əlaqələrinin digər istiqamətlərində fəaliyyətlərini davam etdirəcəklər", - deyə Səməd Seyidov qeyd edib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031