dini radikalizm və ekstremizmlə mübarizə

Elxan Süleymanov AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı

Elxan Süleymanov AŞPA-dakı nümayəndə heyətindən çıxarıldı
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin tərkibinə daxil edilən bütün deputatların adları müəyyənləşib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, heyətdən çıxarılan üç nəfərin yerinə təyin olunan digər parlamentarilər Ülviyyə Ağayeva və Asim Mollazadədir.

Xatırladaq ki, deputatlar Elxan Süleymanov, Müslüm Məmmədov və Elşən Musayev Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılıb. Boşalan üç yerdən birinə daha əvvəl Elşad Həsənovun təyin edildiyi məlum olmuşdu. Beləliklə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi aşağıdakı şəxslərdən ibarətdir:

Səməd Seyidov (sədr), Elşad Həsənov, Ülviyyə Ağayeva, Asim Mollazadə, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev və Vüsal Hüseynov.

Oxunub: 852
Oxşar xəbərlər
SON XƏBƏRLƏR