» » Ərdoğan Türkiyə ordusunun Suriyadakı əsl məqsədini açıqladı

Ərdoğan Türkiyə ordusunun Suriyadakı əsl məqsədini açıqladı

Ərdoğan Türkiyə ordusunun Suriyadakı əsl məqsədini açıqladı
Türkiyə ordusu Suriyada hərbi əməliyyatlara başladı ki, Ərəb Respublikasının prezidenti Bəşər Əsədin hakimiyyətinə son qoysun.

DJB.az-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan bəyan edib.

“Bizə Suriya torpaqları lazım deyil (...). Biz orada ədalətin bərpa olunması və dövlət terroruna dəstək verən qəddar hökmdar Əsədin hakimiyyətinə son qoyulması üçün mübarizə aparırıq”, - Ərdoğan deyib.

Xatırladaq ki, noyabrın 26-da Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan telefon danışığı zamanı Suriya münqaişəsinin nizamlanmasına dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031