» » “Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır” - XİN

“Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır” - XİN

“Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır” - XİN
“Gürcüstan Azərbaycanın etibarlı tərəfdaşıdır”.

Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) Gürcüstan-Azərbaycan münasibətlərinin 25 illiyi ilə bağlı yaydığı bəyanatda deyilir.

XİN-nin bəyanatında qeyd olunub ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır: “İki ölkə siyasi, iqtisadi və humanitar sahələrdə fəal olaraq həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq edir. Gürcüstan Azərbaycanın enerji resurslarının istehlakçısı, həmçinin onların tranziti üçün etibarlı tərəfdaşdır”.

Bəyanatda həmçinin vurğulanıb ki, Azərbaycan Gürcüstanın ilk 10 ticarət tərəfdaşı arasında 4-cü yeri tutur və cari ilin yanvar-noyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 744,298 milyon dollar təşkil edib.
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031