» » Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib

Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib

Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Konfranslar vermək üçün qardaş Türkiyənin Qaziantep vilayətində səfərdə olan millət vəkili Q.Paşayeva Qaziantep valisi Ali Yerlikaya, tanınmış QHT rəhbərləri, gənclər və qadın təşkilatları görüşüb. Qaziantep valisi Ali Yerlikaya ilə görüşdə millət vəkili Q.Paşayeva Azərbaycan, Qarabağ problemi, Xocalı soyqırımı həqiqətləri, Azərbaycan-Türkiyə birliyinin güclənməsinin önəmi barədə gənclərə yönəlik konfransların və tədbirlərin artmasının vacibliyini vurğulayıb və bu istiqamətdə təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayevanın fikirlərini dəstəkləyən vali bu məsələyə Qaziantepdə bundan sonra da xüsusi diqqət göstəriləcəyini deyib. Millət vəkili Q.Paşayeva vali ilə görüşdə "Qaziantep Universtetində təhsil alan azərbaycanlı tələbələrimiz sizə əmanətdir" deyərək onların ortaya çıxan məsələlərinin həllində valinin hər zaman dəstək olacağına ümidvar olduğunu deyib. Q.Paşayeva validən həmçinin azərbaycanlı gənclərin Azərbaycanla, Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı Qaziantepdə keçirmək istədikləri tədbirlərə dəstək olmasını da xahiş edib və bunun önəmindən danışıb. Vali Ali Yerlikaya bütün məsələlərdə tələbələrə dəstək olmağa çalışacağını bildirib və "onlar bizə əmanət" deyib. Q.Paşayeva Qaziantep Türk Ocakları, bu bölgənin tanınmış QHT rəhbərləri ilə görüş zamanı Azərbaycan ilə Türkiyənin QHT, gənclər və qadın təşkilatları arasında əlaqələrin getdikcə daha da genişlənməsinin məmnuniyyətverici olduğunu və bu məsələlərin vacibliyini qeyd edib. Görüşlər zamanı Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, tarixi abidələrin erməni vandalizminə məruz qalması da barədə geniş söhbət açan Qənirə Paşayeva ölkələrimizin QHT, fəal gənclər, qadın təşkilatları arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı geniş fikirlərini də bildirib və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Millət vəkili eyni zamanda Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin daha geniş yayılmasında qardaş ölkə QHT-lərindən Azərbaycan xalqının daha böyük fəallıq gözlədiyini də xüsusi vurğulayıb. Millət vəkili Q. Paşayeva Qaziantep Türk Ocakları başqanı və üzvlərini, QHT, fəal gənclər və qadınlar təşkilatlarını Azərbaycana dəvət edib. Onlar Azərbaycana məmuniyyətlə səfər etmək istədiklərini deyiblər. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Qaziantep Türk Ocaqları rəhbəri və üzvlərinə, QHT, gənclər və qadın təşkilatları rəhbərlərinə və üzvlərinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün yeni çapdan çıxmış “Turan yolçusu” və “Aşk yolçusu” kitablarını hədiyyə edib.
Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Millət vəkili Qənirə Paşayeva Qaziantep valisi,Türk Ocakları, QHT-lə görüşdə Qarabağdan danışıb və çağırış edib
Oxşar xəbərlər
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Azərbaycanda ölümü cavanlaşdıran səbəb - İNFARKT
Ani ölümdən qorunmaq mümkündürmü? Azərbaycanda ölüm cavanlaşır. Xüsusi ilə ürək xəstəliklərindən əziyyət çəkən və ölənlərin sayı Читать далее
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728