» » Allahşükür Paşazadə: Siyasətçilərin gördüyü işləri öz məcrasına qaytarırıq

Allahşükür Paşazadə: Siyasətçilərin gördüyü işləri öz məcrasına qaytarırıq

Allahşükür Paşazadə: Siyasətçilərin gördüyü işləri öz məcrasına qaytarırıq

“Bəzi siyasətçilər elə işlər görürlər ki, biz din xadimləri məcbur oluruq ki, onların etdiklərini öz məcrasına qaytaraq”.

Djb.az APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O, Qüds məsələsindən, İraq, Suriyadakı müharibədən və Avropadakı dini dözümsüzlükdən danışaraq vəziyyətin gərgin olduğunu bildirib.

Şeyxülislam prezident İlham Əliyevin “İslam həmrəyliyi ili” ilə bağlı sərəncamına bütün dünyanın ehtiyacı olduğunu deyib.

Bildirib ki, gələcəkdə də Azərbaycanda hər il İslam həmrəyliyi, dini tolerantlıq mövzusunda beynəlxalq tədbirlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31