» » Millət vəkili Q.Paşayeva Düzcə bələdiyyə başqanı Dursun Ay ilə görüşüb

Millət vəkili Q.Paşayeva Düzcə bələdiyyə başqanı Dursun Ay ilə görüşüb

Millət vəkili Q.Paşayeva Düzcə bələdiyyə başqanı Dursun Ay ilə görüşüb

Millət vəkili Q. Paşayevanın Düzcə vilayətində Azərbaycan küçəsi və Qarabağ parkı təklifi dəstəkləndi. Düzcə vilayətində konfrans vermək üçün bu bölgəyə səfər edən millət vəkili Q.Paşayeva Düzcə bələdiyyə başqanı Dursun Ay ilə görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Düzcənin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Düzce vilayətinin mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Düzcədə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili Q.Paşayeva gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb. Azərbaycanı çox sevdiyini deyən Düzc bələdiyyə başqanı Dursun Ay Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın qədim Düzcedə Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. Düzcə bələdiyyə başqanı Dursun Aya Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. O, millət vəkili Q.Paşayevanın Düzcede konfrans verməsinin gənclər üçün çox önəmli olduğunu xüsusi vurğulayaraq millət vəkilini yaxın zamanlarda təkrar Düzceye dəvət edib.Millət vəkili Q.Paşayeva bələdiyyə başqanı ilə görüşə Düzce Universtetində təhsil alan azərbaycanlı tələbələrn təmsilçilərini də aparıb onlaarı bələdiyyə başqanı ilə tanış edib və buradakı tələbələrimiz sizə əmanətdir deyərək onların ortaya çıxan məsələlərinin həllində bələdiyyə başqanının hər zaman dəstək olacağına ümidvar olduğunu deyib. Q.Paşayeva bələdiyyə başqanından həmçinin azərbaaycanlı gənclərin Azərbaycanla, Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı Düzcədə keçirmək istdikləri tədbirlərə dəstək olmasını da xahiş edib və bununönəmindən danışıb. Bələdiyyə başqanı Dursun Ay bütün məsələlərdə tələbələrə dəstək olmağa çalışacağını bildirib və onlar bizə əmanət deyib.

Nuranə Abdullayeva
Millət vəkili Q.Paşayeva Düzcə bələdiyyə başqanı Dursun Ay ilə görüşüb
Millət vəkili Q.Paşayeva Düzcə bələdiyyə başqanı Dursun Ay ilə görüşüb
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031