» » Vəkillər Kollegiyasının yeni sədri: "Üzvlərimizin sayının artırılmasına çalışacağıq"

Vəkillər Kollegiyasının yeni sədri: "Üzvlərimizin sayının artırılmasına çalışacağıq"

Vəkillər Kollegiyasının yeni sədri: "Üzvlərimizin sayının artırılmasına çalışacağıq"
"İlk növbədə, Vəkillər Kollegiyasına üzvlüklə bağlı sənədlərin qəbuluna başlanılacaq. Bilirsiniz ki, qanunvericiliyə edilən dəyişikliklə fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kolegiyasının Rəyasət Heyətinin yeni sədri Anar Bağırov deyib.

"Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq. Digər hədəf isə regionlarda hüquqi yardım işini təkmilləşdirməkdir. Məlum olduğu kimi, regionlarda vəkillərin sayı azdır. Biz bunun həlli yollarını tapmalıyıq. Ödənişsiz hüquqi yardımla bağlı da problemlər var. Bununla bağlı konsepsiya hazırlayacağıq. Məqsədimiz odur ki, ölkədə ödənişsiz hüquqi yardım institutu müasirləşdirilsin. Vəkillərin peşə hazırlığı da artırılacaq. Beynəlxalq fəaliyyətə də üstünlük veriləcək. İstəyirik ki, vəkillərin peşə bayramı qeyd edilsin. Bununla bağlı da müvafiq komissiya yaradılacaq",-A.Bağırov əlavə edib.
Oxşar xəbərlər
«    Aralık 2018    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31